Qeyri-neft sektorunda artəm baş verib
13 Avqust 2015 13:22 İqtisadiyyat2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata catıb. Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68,0 faizə yüksəlib. ÜDM-in 35,0 faizi sənayenin, 13,6 faizi tikintinin, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31