RYTN bütün e-xidmətlərini saytında və “Elektron hökumət” portalında yerləşdirib
13 Avqust 2015 13:02 İqtisadiyyat"Elektron hökumət" bülleteninin avqust buraxılışında "Elektron hökumət" portalındakı (e-gov.az) e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə növbəti müqayisəli təhlili aparılıb. RYTN-dan verilən məlumata görə, bu siyahıda digər dövlət qurumları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 xidmətini görmək olar. RYTN-in təsdiq olunmuş 16 elektron xidmətdən hər biri "Elektron hökumət" portalında yerləşdirilib. Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti portal üzərindən istifadə olunur. RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 26 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16 xidməti saytda yerləşdirilən 26 xidmət sırasında yer alır.