SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb
13 Avqust 2015 11:48 İqtisadiyyat2015-ci ilin yanvar-iyul aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) dövlət büdcəsinə 874,26 milyon manat həcmində ödəniş həyata keçirib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 243,35 milyon manat (21,77 faiz) azdır. Trend xəbər verir ki, bu barədə SOCAR şirkətinin yaydığı məlumatda deyilir. Bu ilin yanvar-iyul aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 80,96 milyon manat vəsait ödəyib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,04 faiz azdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31