Dollar ucuzlaşdı, avro bahalaşdı

Avqustun 12-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib. Trend-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi azalaraq 1,0485 manata düşüb. Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası artaraq 1,1684 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31