Naftalan şəhərinin baş planının layihəsi təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib
12 Avqust 2015 17:43 İqtisadiyyatDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2013-cü ildə işlənilməsinə başlanılan Naftalan şəhərinin baş planı üzrə işlər artıq başa çatıb. Bu barədə "APA-Economics"ə komitənin mətbuat xidmətindən məlumat verilib. Naftalanda ictimai müzakirəsi keçirilən baş planın yekun layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 32.2.-ci maddəsinə uyğun olaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31