Bir neçə sığorta agentinin lisenziyası ləğv edilib
12 Avqust 2015 13:37 İqtisadiyyatAzərbaycan Maliyyə nazirliyi 5 sığorta agentinin müddətsiz lisenziyasını ləğv edib. Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc olunan məlumatda deyilir. Məlumatda bildirilir ki, Maliyyə nazirliyinin qərarı ilə şəxsi müraciətləri əsasında Babazadə Cavad Rafiq oğlu, Əlizadə Siyavuş Arif oğlu, Haqverdiyev Fuad Əli oğlu, Niftiyev Murad Şakir oğlu və Süleymanov Sabir Orucəli oğlunun lisenziyaları ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31