SOCAR bu ilin iyul ayında dövlət büdcəsinə 145 mln. 525 min manat vəsait ödəyib
12 Avqust 2015 12:56 İqtisadiyyatDövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 145 mln. 525 min manat vəsait ödənilib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında büdcəyə 874 mln. 255 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 mln. 173 min manat vəsait köçürüb. Ümumilikdə, 2015-ci ilin yanvar-iyul aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 80 mln. 957 min manat təşkil edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31