“Günəşli” yatağındakı 117 nömrəli quyu istismara verilib

Bu günlərdə "Günəşli" yatağındakı 3 nömrəli dərin dəniz özülündən 117 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR" -ın xəbərinə görə, quyu məhsuldar qatın X horizontundan qazlift üsulu ilə məhsul verib, 2710-2701 metr intervaldan gündəlik 50 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31