Stasionar telefonların servisə qoşulması ilə bağlı müraciətlər artıb
11 Avqust 2015 15:01 İqtisadiyyatRabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Telefonun servislərə qoşulması" elektron xidmətinin iyul ayındakı istifadə statistikası açıqlanıb. RYTN-in Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali "Elektron hökumət" portalı üzərindən e-xidmətdən 253 dəfə faydalanıb. Elektron xidmət istifadəçilərə "10 saniyə gözləmə ilə birbaşa rabitə", "abunəçi cavab vermədikdə yönləndirmə", "giriş zənglərinin bağlanması (narahat etmə)", "konfrans rabitə", "müəyyən vaxta xatırlama zəngi", "qısaldılmış nömrə yığma", "zənglərin şərhsiz yönləndirilməsi" və s. 20-dən artıq servis təqdim edir. Servislərə qoşulma ilə yanaşı e-xidmətdən istifadə edərək onlardan imtina etmək də mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31