TASİM” layihəsi “Türkmentel-2015” sərgisində təqdim olunacaq
11 Avqust 2015 15:00 İqtisadiyyatAzərbaycan sentyabrın 16-18-də Aşqabadda keçiriləcək "Türkmentel-2015" 8-ci beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradioavadanlığı sərgi-konfransında təmsil olunacaq. Mincom.gov.az xəbər verir ki, tədbirdə Trans-Asiya Superinformasiya Magistralının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Zaur Həsənov layihənin Asiya ilə Avropa arasında beynəlxalq telekommunikasiya trafikinin ötürülməsi, rəqəmsal fərqin qarşısının alınmasında rolu və bu marşrutun üstünlükləri haqda məruzə ilə çıxış edəcək. Tədbirdə dünyanın 20 ölkəsindən 100 şirkətin iştirakı gözlənilir.Sərgi və konfransda texnoparklar, ağıllı ev, biznes kommunikasiyalar, elektron hökumət ilə bağlı mövzularda nümayişlər və təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaq.