BP Azərbaycanda qaz hasilatını artırıb
11 Avqust 2015 11:31 İqtisadiyyat2015-ci ilin birinci yarımilində Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında 5,2 milyard kub metr qaz və 1,2 milyon ton kondensat hasil edilib ki, 2014-cü ildə bu göstəricilər 4,75 milyard kub metr qaz və 1,12 milyon ton kondensat təşkil edib. Trend xəbər verir ki, bu barədə BP şirkətinin 2015-ci il yanvar-iyun aylarında Azərbaycandakı fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabatında deyilir. Məlumatda bildirilir ki, göstərilən dövrdə yataqda gündəlik orta hasilat 29,5 milyon kub metr təşkil edib. 2014-cü ildə "Şahdəniz" yatağında 9,9 milyard kub metr qaz və 2,3 milyon ton kondensat hasil edilib ki, 2013-cü ildə bu göstərici 9,8 milyard kub metr qaz və 2,48 milyon ton kondensat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31