İyul ayında BTC kəməri ilə 2,6 milyon ton Azərbaycan nefti nəql olunub

2015-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 614 min 50 ton Azərbaycan nefti nəql olunub. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 16 mln. 859 min 504 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il avqust ayının 1-ə qədər BTC-yə 280 mln. 684 min 200 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin iyul ayında BTC kəməri ilə 378 min 753 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31