Ötən ay elektron imza istifadəçilərinin sayı 1,4% artıb

Azərbaycanda istifadədə olan elektron imza sertifikatlarının sayı 35 098-ə çatıb. Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, iyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb. Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib. Hazırda ümumilikdə  e-imzaya sahib vətəndaşların sayı 7 629-a, dövlət qurumlarının sayı 21 201-ə, hüquqi şəxslərin sayı isə 6 268-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31