Avro Azərbaycan manatına qarşı bahalaşıb
10 Avqust 2015 12:24 İqtisadiyyatBu gün avqustun 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0494 manat səviyyəsində qalıb. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0055 manat və ya 0,5% artaraq 1,1508 manat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31