"AzNET" istifadəçilərinin şəxsi məlumatları Azərbaycanda saxlanılacaq

"Azərbaycan sosial şəbəkə və internet-telefoniya xidmətlərinin ("Skype", "WhatsApp" və başqaları) istifadəçilərinin şəxsi məlumatlarını Azərbaycana köçürmək niyyətindədir". Trend xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şirkətlərə Azərbaycana aid resursların birbaşa ölkə ərazisində saxlanması ilə bağlı müraciət etməyə hazırlaşır: "Bu, kibertəhlükəsizlik baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31