SOCAR Ukraynada daha bir YDM açdı
7 Avqust 2015 15:06 İqtisadiyyatUkraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. "OLAYLAR"-ın xəbərinə görə, kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində-nəqliyyatın ən sıx olduğu yerdə açılıb. YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni zamanda səkkiz avtomobili yanacaqla təmin etmək imkanı var. Neft məhsullarının çeşidi А-95 Nano, А-98 Nano, Nano dizel yanacağı, həmçinin Aвро-5 ekostandartına uyğun A-95 и А-92 benzinlərindən ibarətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də təkərlərin doldurulması, avtomobilin su təchizatı, wi-fi, mobil telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir. Kompleksin ərazisində kafe və mağaza da var. Ödəniş nağd, bank və yanacaq kartları, Level bonus kartları ilə həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma komplekslərinin də loqotipi dəyişdirilir.
Qeyd edək ki, Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə 53 YDM fəaliyyət göstərir.