“Bulla-dəniz” yatağında yeni quyu qazılır
6 Avqust 2015 14:49 İqtisadiyyat"Bulla-dəniz" yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 125 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 150 ton kondensat və 800 000 kubmetr hasil ediləcək. Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31