"Yeni Həyat" şirkəti ləğv olundu
5 Avqust 2015 19:41 İqtisadiyyatAzərbaycanda 14 il fəaliyyət göstərən "Yeni Həyat" MMC ləğv olunub. Milli.Az APA-ya istinadən bildirir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, şirkət bağlanmasını rəsmən bəyan edib. Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 ("Azure" yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.
Xatırladaq ki, "Yeni Həyat" MMC 2002-ci ildə yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31