Məmməd Musayev: “Quşçuluq müəssisələri quş əti və yumurta ixracı ilə bağlı tədbirlər görür”

Azərbaycanda quşçuluq önəmli sahələrdən biridir və bu sahəyə xüsusi diqqət ayrılır. "APA-Economics" xəbər verir ki, bunu Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev jurnalistlərə açıqlaması zamanı bildirib. M.Musayev Azərbaycan əhalisinin tələbatını daxili istehsal hesabına ödəməklə yanaşı, ixrac yönümlü məhsul istehsalının əsas hədəflərdən olduğunu bildirib. "Azərbaycanda bu gün 40-dan çox quşçuluq müəssisəsi fəaliyyət göstərir. Müəssisələrin əksəriyyətində Avropa standartlarına uyğun quş əti istehsal olunur. Azərbaycan bazarı yerli istehsalımızla tam təmin olunur" - deyə M.Musayev əlavə edib. Konfederasiya prezidenti əlavə edib ki, yerli müəssisələrin bəziləri quş əti, xüsusilə yumurta ixracı ilə bağlı müəyyən tədbirlər görür. "Rusiya bazarına ixrac bizim strateji hədəfimizdir", -deyə M.Musayev vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31