İsmayıllı sahibkarlarından prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Qaraqaya kəndində işgüzar forum keçirib. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan südlük istiqamətli heyvandarlıq təsərrüfatının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin), pendir, meyvə və qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31