AYİB “Şahdəniz” yatağının işlənməsi çərçivəsində “LUKoyl” şirkətinə sindikatlaşdırılmış kredit ayırmağa qərar verib
Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir
5 Avqust 2015 12:32 İqtisadiyyatAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın "LUKoyl" şirkətinin iştirak payını təmin etmək üçün şirkətə sindikatlaşdırılmış kredit ayıracaq. "APA-Economics"in məlumatına görə, bu barədə məlumat bankın saytında yerləşdirilib. Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir və bu məbləğin yarısı AYİB və Asiya İnkişaf Bankının sindikatlaşdırılmış krediti kimi təqdim ediləcək: "Hazırda sazişin imzalanması ilə bağlı hazırlıq işləri gedir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31