“Qeyri neft sektorunun inkişafının Azərbaycan modeli” mövzusunda beynəlxalq konfrans keçiriləcək
4 Avqust 2015 17:16 İqtisadiyyatYaxın vaxtlarda Bakıda "Qeyri neft sektorunun inkişafının Azərbaycan modeli" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, Fikrət Yusifov verib. Bildirib ki, rəhbərlik etdiyi birliyin təşkilatçılığı ilə baş tutacaq konfransda dünyanın bir sıra ölkələrindən iqtisadçı ekspertlər iştirak edəcək. Konfransda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı, digər ölkələrdə bu sahədə olan mövcud vəziyyət və s. barədə müzakirələr aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31