“Neft tarixində ən böyük qiymət enməsinin şahidi ola bilərik” – PROQNOZ

Natiq Cəfərli: “İran bazara girdikdən sonra, brent yenidən 35-40 dollara doğru enməyə başlayacaq”

"Bu həftə neft tarixində ən böyük qiymət enməsinin şahidi ola bilərik". "Olaylar"ın məlumatına görə, dünya birjalarında neftin qiymətlərinin növbəti dəfə enməsinə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. N. Cəfərli qeyd edib ki, növbəti addım kimi spred, yəni WTİ və Brent markaları arasında olan qiymət fərqi azalacaq. "İndi Brent 4.30 dollar daha bahadır, amma Çin iqtisaidyyatında inkişafın zəifləməsi və İranfaktoruən çox Brent markasının qiymətinə təsir edir,edəcək. ABŞ öz-özünü neftlə təmin etdiyindən, WTİ markasına təkcə Şimali Amerika bazarında gedən proseslər təsir edir. Olabilərki, bir müddət sonra WTİ hətta Brentdən baha olsun. Üçüncü ABŞ-da strateji ehtiyatlar hesabatı artımla çıxsa, neft düşməkdə davam edəcək, cümə günü isə işləkburuqların sayı artsa, bu həftə neft tarixində ən böyük qiymət enməsinin şahidi ola bilərik. Amma,sonra stabillik olacaq, bir müddət hətta yenidən spekulyativ olaraq,53-55 dollara qədər artım da ola bilər.Amma sentyabrda FED faizləri artırsa, yenə enmə trendi olacaq. Oktyabrın 20-də İran real olaraq bazara girdikdən sonra, Brent yenidən 35-40 dollara doğru enməyə başlayacaq", - deyə Natiq Cəfərli bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31