Otel qiymətlərinin aşağı salınması ilə bağlı göstəriş effekt verəcəkmi?

"Bazar iqtisadiyyatında yəni bazar münasibətlərində qərar, sərəncam və yaxud əmrlərlə qiymət siyasəti tənzimlənə bilməz"."Olaylar"ın məlumatına görə, Azərbaycanda otel qiymətlərinin aşağı salınması ilə bağlı göstərişlərə münasibət bildirən ADR Hərəkatının məclis üzvü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fuad İbrahimov belə deyib. F. İbrahimov qeyd edib ki, bunun üçün bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. "İlk növbədə sözü gedən bazarda biznes mühiti yaradılmalıdır. Yerli turistlərin bu sahədə qiymət effektini əldə etməyi üçün sahibkarlar (Otel sahibləri) şəffaf vergi münasibətləri, torpaq ayırma, fəaliyyət lisenziyalaşdırılması, antiinhisar, kreditləşmə və ümumiyyətlə yerli hakimiyyət orqanlarından asılılığın aradan qaldırılması kimi effektiv şərtləri əldə etməlidirlər.Yalnız bununla yanaşı otel biznesində klassifikasiya (2*,3* və s. səviyyəli otellər) mühitinin hərəkətləndirilməsinə şərait yaradılmalıdir. Eyni zamanda xarici turistlərin cəlb olunmasına yerli otel qiymətlərinin baha olması ilə yanaşı viza almaq baryerlərinin və təyyarə biletlərinin yüksək olmasıda mənfi təsir göstərir. Lakin sual yarana bilər "Təyyarə biletlərinin qiymətinin aşağı salınması, bu günə qədər xaricdə istirahət etməyən daxili turistləri daxili bazardan qaçıra bilərmi? Və yaxud, Azərbaycan turizm və otel biznesinə mənfi təsir göstərərmi?"Əlbəttə göstərə bilər. Belə olan halda sahibkarlar (otel sahibləri) qiymət və keyfiyyət prinsiplərini hərəkətə gətirməklə qiymətlərin aşağı salınması, keyfiyyətin yüksəldilməsi və müxtəlif bonus proqramların tədbiqini həyata keçirməlidirlər. Yalnız bu ardıcıllıqla bazar münasibətləri prinsipləri tədbiq olunmuş olur və sağlam rəqabət mühiti yaranaraq daxili və xarici turistlərin cəlb olunması üçün əlverişli mühit yaranır.Hazırda Türkiyə və Gürcüstan artıq bu modelin əlverşıli olmasını təsdiqləyib. Nəzərə almaq lazımdır ki, sözügedən model yalnız yuxarıda qeyd etdiyimiz biznes mühitinin yardılması və komleks tədbirlərin həyata keçirilməsi fonunda həll oluna bilər. Qeyd ounanları və mövcud vəziyyəti nəzərə alaraq otel qiymətlərinin aşağı salınması ilə bağlı göstərişin heç bir effekt verməyəcəyi ilə bağlı proqnoz vermək olar", - deyə ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31