Vahid Məhərrəmov: “Qəpik-quruşa alınan məhsullar baha qiymətlərə satılır”

2014-cü ildə əvvəlki ilə nisbətən bəzi məhsulların idxal qiymətlərində enmələr olsa da, satış qiymətlərində bu fərq özünü göstərmədi". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib: "Bakı bazarlarında bir kiloqramı 10-15 manata təklif olunan quru meyvələrin xaricdən qəpik-quruşa alındığı haqda bir müddət əvvəl məlumat vermişdik.O zaman 2013-cü ildə ölkəmizə idxal olunan ərzaq malları və kənd təsərrüfatı məhsullarinin idxal qiymətləri ilə sizi tanış etmişdik.Qeyd etməliyəm ki, 2014-cü ildə əvvəlki ilə nisbətən bəzi məhsulların, qurumuş qara gavalının, qurudulmuş əriyin, hind qozunun, qabığı təmizlənmiş badamın, qabığı təmizlənmiş qozun, şabalıdın və digər məhsulların idxal qiymətlərində enmələr olsa da satış qiymətlərində bu fərq özünü göstərmədi. Dövlət Statistika Komitəsinin təqdim etdiyi "2014-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilər"də yer tutmuş bəzi məhsulların idxal qiymətləri ilə tanış olun. Məlumatda 1 kiloqram malın qiyməti ABŞ dolları ilə hesablanıb, mötərizədə isə həmin ilin kursuna uyğun olaraq manatla (yuvarlaq) göstərilib. Mallar üzrə:

Limonlar və laymalar, təzə və ya qurudulmuş - 0,30 (0,23 AZN)
Ananas, təzə və ya qurudulmuş - 0,30 (0,23 AZN)
Banan təzə, qurudulmuş - 0,91 (0,71 AZN)
Qurudulmuş qara gavalı - 0,43 (0,33 AZN)
Qurudulmuş üzüm - 0,48 (0,37 AZN)
Qurudulmuş ərik - 0,40 (0,31 AZN)
Portağal, təzə -0,31 (0,24 AZN)
Təzə üzüm - 0,31 (0,24 AZN)
Alma, təzə - 0,31 (0,24 AZN)
Təzə armud- 0,34 (0,26 AZN)
Qabıqlı qoz - 0,63 (0,49 AZN)
Qabıqlı püstə - 1,21 (0,95 AZN)
Qabıqlı şabalıd - 0,48 (0,37 AZN)
Hind qozu, quru - 0,40 (0,31 AZN)
Qabığı təmizlənmiş qoz - 0,96 (0,75 AZN)
Qabığı təmizlənmiş badam - 0,45 (0,35 AZN)
Keşyü fındığı, qabığı təmizlənmiş - 0,48 (0,37 AZN)". ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31