“Kartof dəyərindən 20 dəfə baha qiymətə satılır” – Ekspert
3 Avqust 2015 16:02 İqtisadiyyat"Azərbaycanda idxal dəyərindən 15-20 dəfə baha satılan məhsullar sırasına kartofu da aid etmək olar". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. "Belə ki, DSK-nın məlumatına görə 2014-cü ildə ölkəmizə 8,6 milyon dollar dəyərində 129,4 min ton kartof idxal olunub.Orta hesabla ölkəyə gətirilən kartofun 1 kiloqramının idxal dəyəri 0,066 dollar təşkil edib. Rusiyadan idxal olunan 52,2 min ton kartofun hər kiloqramının idxal dəyəri isə 0,041 dollar təşkil edib (2014-cü ilin məzənnəsi ilə yuvarlaq 3 qəpik). Halbuki həmin məhsul Azərbaycan bazarında istehlakçılara idxal dəyərindən 20 dəfə baha qiymətə, 60-70 qəpiyə satılıb", - deyə V. Məhərrəmov qeyd edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31