İpoteka kreditlərinə ayrılacaq vəsaitin artırılması mənzil bazarına necə təsir edəcək?

Ölkədə ipoteka kreditlərinə ayrılacaq vəsaitin artırılacağı, faizlərin aşağı salınacağı və maksimal məbləğin isə yüksəldiləcəyi bildirilir. Bəs, bunun nəticəsində mənzil bazarında qiymətlərin daha da yüksəlməyəcəyinə zəmanət varmı?. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən iqtisadçı ekspert Pərviz Heydərov  bildirib ki, mənzillərin qiymətlərinin qalxmayacağına heç bir zəmanət yoxdur: "Bizdə, mənzil bazarında qiymətləri heç də tələb ilə təklif qaydaları müəyyən etmir və tənzimləmir. Halbuki, ölkədə mənzilə tələbat yüksəkdir. Ölkədə mənzilə tələbatı olanların azı 70-80 faizi qeyri-alıcılıq qabiliyyətindədir. Amma buna baxmayaraq, qiymətlər bahadır. Çünki mənzil bazarı ən çox "yatırım mənbəyi" rolunu oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31