Türkiyədə Bakı-Tbilisi-Qars xəttinə sınaq qatarı buraxılıb

Türkiyə ərazisində Bakı-Tbilisi-Qars dəmiryol magistralına sınaq qatarı buraxılıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pekində keçirilən Çin-Türkiyə biznes forumunda çıxışı zamanı deyib. O həmçinin yük daşımalar sahəsində Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31