İdman
İngiltərəli futbolçu polis tərəfindən öldürülüb
İngiltərəli sabiq futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb.
"Rio-2016"nın mükafatlandırma mərasimində evlilik təklifi
"Rio-2016" Yay Olimpiya Oyunlarında üçmetrlik tramplindən tullanmada gümüş medal qazanan çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb. SİA-nın məlumatına görə, medalını almaq üçün kürsüyə qalxan 25 yaşlı He Zi sürprizlə qarşılaşıb. Sevgilisi, kişilər arasında üçmetrlik tramplinlə tullanmada bürünc medal qazanan Qin Kai onun qarşısında diz çökərək yüzlərlə izləyici önündə evlilik təklif edib. Çinli xanım idmançı təklifə göz yaşları içində razılıq verib.
Nəriman Abdullayev: "Lorenso daha yaxşı döyüş nümayış etdirdi"
"Fransız boksçusu güclü rəqib idi. Lakin bugünkü qarşılaşmada öz işini görə bilmədi".SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında boks üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Nəriman Abdullayev deyib.
Rio-2016: Bu gün 5 idmançımız yarışacaq
Rio-2016-da qeyri-adi hadisə: 3 gümüş medal - FOTO
Veron futbola qayıdır
Argentina futbolunun canlı əfsanəsi Xuan Sebastian Veron futbola qayıtmağa qərar verib.
AEK, PAOK və "Panatinaykos" Yunanıstan çempionatını boykot edir
Yunanıstanın tanınmış klubları AEK, PAOK və "Panatinaykos" yerli çempionaı boykot etməyə hazırlaşır.
Berluskoni klubun satışı barədə danışdı
"Milan"ın prezidenti Silvio Berluskoni klubu Çin konsorsiumuna satması ilə əlaqədar azarkeşlərə müraciət edib.
CAS rusiyalı kanoeçinin Rio-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı təmin etməyib
İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı kanoeçi Aleksey Korovaşkovun Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı rədd edib.
Yoahim Löv həyat yoldaşından boşanıb
Almaniya millisinin baş məşqçisi Yoahim Löv həyat yoldaşı ilə boşanmağa qərar verib. Apasport.az saytının məlumatına görə, bu xəbəri Almaniyanın “Bild” nəşri yayıb.
"Rio-2016"nın trek yarışlarında yeni rekord
"Rio-2016"da daha bir dünya rekordu qeydə alınıb. SİA-nın məlumatına görə, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarındakı 12-ci rekord velosiped idmanında yenilənib. Trek yarışlarında çıxış edən Böyük Britaniyanın qadınlardan ibarət komandası tarixi nəticə göstərib. Təsnifat mərhələsində qalib olan britaniyalılar 4000 m məsafəni 4 dəqiqə 13,260 saniyəyə qət ediblər. Əvvəlki rekord isə 2015-ci ilin fevralında Avstraliya yığması tərəfindən müəyyənləşdirilmişdi.
Hakan Şükürün atası tutulub
Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Semet Şükür bu gün saxlanılıb.
Vyananın "Qarabağ" klubu azərbaycanlı futbolçu transfer edib
Vyananın "Qarabağ" klubu yeni mövsümə hazırlığı davam etdirir.
O da etiraf etdi: "Rio-2016-da çox çətindir"
Rio-2016-da müşahidə olunan çatışmazlıqları Beynəlxalq Olimpiya Komitəsi (BOK) də etiraf etməyə məcbur olub.
Rio-2016: 2097 dopinq-testin nəticəsi açıqlandı
Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının ilk günündən bəri idmançılardan alınan testlərin nəticələri açıqlanıb.














