Tarixdə görünməmiş üsuldan istifadə etdi Olimpiya çempionu oldu
Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir maraqlı hadisə yaşanıb. SİA-nın məlumatına görə, Rio-de-Janeyronun Olimpiya Stadionunda keçirilən atletikanın qadınlar arasında 400 metrə qaçış yarışlarında bahamalı Şaunae Miller qızıl medalı tarixdə görünməmiş üsuldan istifadə edərək qazanıb. Belə ki, idmançı finiş xəttinə az qalmış rəqiblərini qabaqlamaq üçün qarşı tərəfə uzanaraq tullanıb və finiş xəttini birinci keçib. Sözügedən atlet 49.44 nəticə ilə birinci olub. İkinci yerə ABŞ idmançısı Ellison Feliks (49.51), üçüncü yerə yamaykalı Şerika Cekson (49.85) çıxıb.
16 Avqust 2016 14:57 İdmanRio-2016 Yay Olimpiya Oyunlarında daha bir maraqlı hadisə yaşanıb. SİA-nın məlumatına görə, Rio-de-Janeyronun Olimpiya Stadionunda keçirilən atletikanın qadınlar arasında 400 metrə qaçış yarışlarında bahamalı Şaunae Miller qızıl medalı tarixdə görünməmiş üsuldan istifadə edərək qazanıb. Belə ki, idmançı finiş xəttinə az qalmış rəqiblərini qabaqlamaq üçün qarşı tərəfə uzanaraq tullanıb və finiş xəttini birinci keçib. Sözügedən atlet 49.44 nəticə ilə birinci olub. İkinci yerə ABŞ idmançısı Ellison Feliks (49.51), üçüncü yerə yamaykalı Şerika Cekson (49.85) çıxıb.
Şaunae Millerin uzanaraq finiş xəttini birinci keçməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri bunun saxtakarlıq, bəziləri qaydalar çərçivəsində olduğunu, bəziləri isə idmançının yıxıldığını iddia edirlər.