Rioda qalmaqal: finişdə süpürləşdi, medalını itirdi- video
Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir. Dünən "Fort Kopakabana"da qadınlar arasında 10 km məsafəyə üzmədə marafon yarışı keçirilib. Milli.Az ESPN-ə istinadən bildirir ki, yarışı Hollandiya təmsilçisi Şeron van Rouendall birinci başa vuraraq qızıl medala yiyələnib. İtalyan Reyçel Bruni ikinci, braziliyalı Poliana Okimoto üçüncü yeri tutublar.
16 Avqust 2016 11:25 İdmanBraziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir. Dünən "Fort Kopakabana"da qadınlar arasında 10 km məsafəyə üzmədə marafon yarışı keçirilib.
Milli.Az ESPN-ə istinadən bildirir ki, yarışı Hollandiya təmsilçisi Şeron van Rouendall birinci başa vuraraq qızıl medala yiyələnib. İtalyan Reyçel Bruni ikinci, braziliyalı Poliana Okimoto üçüncü yeri tutublar.
Əslində, finiş xəttinə fransız üzgüçü Oreli Müller ikinci çatmışdı. Lakin o, Reyçel Brunini əli ilə itələdiyi və az qala süpürləşdiyi üçün gümüş medaldan məhrum edilərək diskvalifikasiya olunub.
Kopakabana çimərliyindəki su isə həddindən artıq çirkli idi.