Yana Alekseyevna: "Döyüşdə məndə hilyəgərlik çatmadı"
"Mən məşqçilərin verdiyi tapşırıqları yerinə yetirirdim. Sadəcə, bunu sonadək edə bilmədim. Bir az nə isə çatmadı". SİA-nın məlumatına görə, bu fikirləri "Rio-2016" Yay Olimpiya Oyunlarında qadın boksunda yeganə təmsilçimiz olan Yana Alekseyevna Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında bildirib.
16 Avqust 2016 11:44 İdman"Mən məşqçilərin verdiyi tapşırıqları yerinə yetirirdim. Sadəcə, bunu sonadək edə bilmədim. Bir az nə isə çatmadı". SİA-nın məlumatına görə, bu fikirləri "Rio-2016" Yay Olimpiya Oyunlarında qadın boksunda yeganə təmsilçimiz olan Yana Alekseyevna Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında bildirib.
60 kq çəkidə mübarizə aparan təmsilçimiz ilk döyüşündə (1/4 finalda) çinli Junhua Yinə məğlubiyyətinin səbəbini belə izah edib: "Bir az sıxılmış vəziyyət idim. Heç də hamı çempion ola bilmir. Heç də hamının alnına 1-ci olmaq yazılmayıb. Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağım artıq mənim üçün böyük nailiyyətdir. Ancaq arzum o idi ki, Azərbaycan bayrağını Olimpiadada yüksəldim. Bunu çox istəyirdim. Ola bilər ki, döyüşdə məndə hilyəgərlik çatmadı. Bunu zərbələr öncəsi etməli idim. Əsas odur ki, bu uğursuzluğa görə ruhdan düşməyim. Toparlanıb səhvlərim üzərində işləməyim lazımdır. Allah qismət eləsə, yenidən lisenziya qazanıb Olimpiadada çıxış edərəm".
Qadın boksçumuz ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib: "Azərbaycan xalqı həqiqətən idmançılarının uğurlarına səmimi qəlbdən inanır. Mən buna şadam. Hətta 3-cü raunda da uduzduğum zaman, bayrağı Azərbaycan xalqına görə fəxrlə əlinizdə saxlayırsınız. Buna görə sizlərin qarşısına baş əyirəm".