Vidal zədələndi
"Bavariya"nın futbolçusu Arturo Vidal zədələnib.
15 Avqust 2016 18:20 İdman"Bavariya"nın futbolçusu Arturo Vidal zədələnib.
Qol.az xəbər verir ki, o, Almaniya Superkubokunda "Borussiya"ya (Dortmund) qarşı görüşdə zədə alıb və 71-ci dəqiqədə məcburi əvəzlənib.
Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Borussiya" - "Bavariya" görüşü Münhen klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31