Rio-2016: Almaniyalı məşqçi öldü

Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyada ölüm hadisəsi baş verib.

Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyada ölüm hadisəsi baş verib.

Apasport.az xəbər verir ki, Almaniya yığmasının heyətində Rio-de-Janeyroya yollanan məşqçi Ştefan Henze vəfat edib.

Almaniyanın kanoe-slalom yığmasının məşqçisi Henze ötən həftə taksi ilə Olimpiya kəndinə qayıdarkən onun olduğu avtomobil qəzaya uğrayıb. Başından ciddi xəsarət alan 35 yaşlı məşqçi komadan ayılmayaraq vəfat edib.
 
Qeyd edək ki, 2004-cü ildə Afinadakı Olimpiadaya idmançı kimi yollanmış Ştefan Henze kanoe-slalom yarışında gümüş medal qazanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31