Əfsanə idman növünü dəyişdi

Əfsanəvi amerikalı üzgüçü Maykl Felps karyerasına rəsmən son qoyduğunu açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 23 qat Olimpiya çempionu özü məlumat verib. 

Əfsanəvi amerikalı üzgüçü Maykl Felps karyerasına rəsmən son qoyduğunu açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 23 qat Olimpiya çempionu özü məlumat verib. 

Felps 4 il öncə də analoji çıxışla diqqət çəkmiş, lakin sonradan fikrini dəyişmişdi. Amma 31 yaşlı idmançı bu dəfə bir daha üzgüçülüyə qayıtmayacağını açıqlayıb. O, bundan sonra qolf oynayacağını vurğulayıb: "Karyeramı bu cür bitirdiyim üçün çox xoşbəxtəm. Bundan sonra qolfla məşğul olacam. Artıq ailəmlə vaxt keçirəcəm və günəşdən həzz alacam".

Qeyd edək ki, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarını 5 qızıl və 1 gümüş medalla qapayan Maykl Felps karyerası ərzində Olimpiadalarda 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. O, həm də 27 qat dünya çempionudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31