İdman
Ermənistan yığmasının baş məşqçisi istefaya göndərildi
Ermənistan yığmasının baş məşqçisi Varujan Sukiasyan istefaya göndərilib. Report xəbər verir ki, buna səbəb yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir.
Azərbaycan birinciliyi keçirilib
“Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. GİN-dən “OLAYLAR”-a daxil olan xəbərə görə, Nazirliyin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan U23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən 300-ə yaxın cüdoçu mübarizə aparıb. 78 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Həsənli Günel qızıl medalla, 52 kq çəki dərəcəsində Mehdiyeva Zəhra fəxri kürsünün 3-cü pilləsində yerini tutumaqla bürünc medalla, 57 kq çəki dərəcəsində Məmmədova Şəfiqə fəxri kürsünün 3-cü pillləsində yerini tutmaqla bürünc medalla və müvafiq diplomlarla təltif edilib.
Reynaldo və Zenyov Totti ilə bir arada
Avropa Liqasında çıxış edən klubların qitə miqyaslı kuboklardakı ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az xəbər verir ki, UEFA qrup mərhələsində mübarizə aparan 48 klubun tarixində ən çox avrokubok qolu vuranların cədvəlini tərtib edib.
"Ürəkli olsaq, Almaniyanı da udarıq"
Millimiz Çexiyaya qarşı ürəklə oynadı. Futbolçularımız əziyyət çəkdilər. Bir az da ürəklə oynasaydıq, qalib gələ bilərdik.
"Zədəli deyiləm, yorğunam"
Kolumbiya ilə oyunda (2:2) qol vuran Uruqvay yığmasının futbolçusu Luis Suares zədələnmədiyini və oyun zamanı əvəzetmə tələb etmədiyini bildirib.
Bu oyunu qaçırmayın!
Bütün dünyanın maraqla gözlədiyi oyunlardan biri İspaniya La Liqasında "el-klasiko"dur. "Barselona" - "Real" arasında mövsümün ilk qarşılaşması dekabrın 4-də keçiriləcək.
Millət vəkili: "Azərbaycanın futbol azərkeşlərinin arzuları həyata keçəcək"- AÇIQLAMA
"Futbol üzrə DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli komandasının uğurlu çıxışı bütün futbol sevənlərə, ümumilikdə Azərbaycan xalqına böyük sevinc hissləri bəxş edir. Millimiz hazırda 7 xalla öz qrupunda 2-ci pillədə yer alır. Bu vaxta kimi milli komandamız 3 oyunda 7 xal toplaya bilməmişdi". Bunu SİA-ya açıqlamasında millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti Rauf Əliyev deyib.
Çexiya-Azərbaycan: Şeydayevin ilki, 3 dəqiqəyə 3 səhv
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 3-cü oyununu səfərdə Çexiyaya qarşı keçirən millimiz bu sınaqdan da üzüağ çıxdı.
FİFA Bakıda aş verən hadisəyə görə araşdırmalara başladı
FİFA Norveç yığmasının futbolçusu Ule Kristian Selnaesə qarşı araşdırmalara başlayıb. “Qafqazinfo” Norveç mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun Azərbaycan millisi ilə keçirilən görüşdə hakimlər briqadasına etiraz etməsi olub.
Arda Turan: "Mənim üçün Fatih Terim bitdi"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.
Eddi İsrafilov porno video yaydı
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov seks qalmaqalının "qəhrəman"ına çevrilib. Apasport.az xəbər verir ki, milliləşən legionerimiz dostlarını güdaza verməkdə günahlandırılır.














