Biabırçılıq: Azərbaycan çempionatı 5 klubla start götürür

Qadın voleybolçular arasında 2016/2017 mövsümündə Azərbaycan Super Liqasında 5 klub qüvvəsini sınayacaq.

Qadın voleybolçular arasında 2016/2017 mövsümündə Azərbaycan Super Liqasında 5 klub qüvvəsini sınayacaq.

Apasport.az  xəbər verir ki, son mövsümlə müqayisədə "Lokomotiv" mübarizəni dayandırıb.

Belə ki, yeni ildə "Azərreyl", "Telekom", "Azəryol", həmçinin Gürcüstanın "Tiflis" klubu çempionluq üçün oynayacaq. "Gənclik" isə çempionata "Lokomotiv" adı ilə qatılacaq.
 
Super Liqa son illərdəki kimi 4 dövrədən ibarət olacaq və ilk "dördlük" yarımfinal mərhələsinə yüksələcək.
 
Çempionatının start günü isə hələlik tam dəqiqləşməyib. Lakin I turun oktyabrın 28-də start götürəcəyi gözlənilir.
 
Qeyd edək ki, ölkəmizi bu il avrokubokda 2 komanda - "Azərreyl"lə "Telekom" təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31