"Bavariya"nın futbolçusu Frank Riberi ən yaxın oyunlarda komandasına kömək edə bilməyəcək.
Qol.az xəbər verir ki, bu barədə Münhen klubunun məşqçisi Hermann Qerland məlumat verib.
O, 33 yaşlı yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını deyib.