AFFA-dan "Neftçi" və "İnter"ə cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
18 Oktyabr 2016 15:53 İdmanBu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Goal.az-a istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqasının VIII turunun "İnter" - "Qəbələ" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının VIII turunun "Zirə" - "Neftçi" matçının 47-ci dəqiqəsində "Neftçi" klubunun 4 №-li futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31