İdman
4 qat olimpiya çempionu medallarının satışından 180 min dollar qazandı
Belaruslu gimnast Olqa Korbut 1972 və 1976-cı il Yay Olimpiya Oyunlarında qazandığı 5 medalı hərraca çıxarıb. Satışdan ümumilikdə 180 min dollardan çox gəlir əldə olunub.
Noyerdən rekord göstərici
"Bayer Munix"in qapıçısı Manuel Noyer klub tarixində rekorda imza atıb. Bu "Hamburg"la matçda (8:0) qeydə alınıb. 30 yaşlı futbolçu Bundesliqada qol buraxmadığı oyunların sayını 100-ə çatdırıb. O, 183 matçdan 100-də qapısını toxunulmaz saxlayıb.
Ronaldudan yeni rekord
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb. Portuqaliyalı superulduz İspaniya çempionatları tarixində penaltidən ən çox fərqlənən oyunçu adını ələ keçirib. Ronaldo buna La Liqanın XXIV turunda "Vilyarreal"la səfər matçında 11 metrlik cərimə zərbəsini qola çevirərək, nail olub. Primeroda yerinə yetirdiyi 64 penaltidən 57-ni qolla tamamlayan Kriştianu "Real"ın əfsanəvi futbolçusu Uqo Sançesi (56) qabaqlayıb.
Qadın boksçumuzdan gümüş medal
Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində gümüş medala sahib olub. 54 kq çəki dərəcəsində yer alan idmançı finalda yerli dəri əlcək ustası Stanimira Petrovaya uduzub - 2:3.
Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib
23-24 fevral tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
"Qarabağ" və "Tottenhem"
""İnter"də işlədiyim 3 ay mənə 1 il kimi gəldi"
"İnter"in sabiq baş məşqçisi Frank de Bur Milan klubunda keçirdiyi 3 ayı xatırlayıb.
"Qarabağ"ın futbolçuları üz-üzə
Albaniya və Bosniya və Herseqovina milli komandaları arasında yoldaşlıq matçı baş tutacaq. Oyun martın 28-də keçiriləcək. Qarşılaşma Alaniyada yerləşən "Elbasan Arena"da keçiriləcək.
"Turində bütün bacarığımızı ortaya qoymalıyıq"
"Porto"nun qolkiperi İker Kasilyas Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"a qarşı ilk oyun (0:2) barədə fikirlərini bölüşüb.
AMADA-nın direktoru: "2017-ci ildə Azərbaycanda 435 dopinq testin keçirilməsi nəzərdə tutulub"
Yeni yaradılmış Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsində keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak edib.
Xəzər İsayev: "Bakı-2017"də idmançılarımızdan çoxlu medallar gözləyirik"
"Azərbaycanın islam ölkələri ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları isə islam ölkələri arasında münasibətləri daha da yaxşılaşdıracaq". Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.
Azərbaycanlı futbolçu Sloveniya klubu ilə yollarını ayırıb
Azərbaycan Qış çempionatı keçiriləcək
Fevral ayının 23-25 tarixlərində “Üzgüçülük İdman Növü üzrə Azərbaycan Qış çempionatı” keçiriləcək.GİN-dən “OLAYLAR” verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Su İdmanı sarayının təşkilatçılığı ilə keçiriləcək çempionatın təşkil olunmasında əsas məqsəd üzgüçülüyün təbliğ edilməsi, onun kütləviliyinə və inkişafına nail olmaqdır. Həmçinin 2017-ci il üçün Beynəlxalq yarışda, həmçinin 4-cü İslam Həmrəylik Oyunlarında iştirak edəcək komandanın tərkibinin təyin olunmasıdır. Qeyd edək ki, Üzgüçülük İdman Növü üzrə Azərbaycan Qış çempionatının açılış mərasimi 23 fevral saat 17:00-da Su İdmanı sarayında baş tutacaq.
IV İslam Həmrəylik Oyunlarında tibbi xidmət məqsədilə 600 nəfər könüllü cəlb olunacaq
Mayın 12-dən 22-dək ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq. Bu barədə “Olaylar”a ATU-nun mətbuat xidmətindən məlumat verib. Məlumatda bildirilir ki, İslam Oyunları Təşkilat Komitəsinin Baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif yönümlü tibbi təlimlərə cəlb olunacaqlar.
İordaniya "Bakı 2017"də geniş heyətlə iştirak edəcək
İordaniya Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 70 idmançı ilə təmsil olunacağını açıqlayıb.














