İdman
AFFA-dan "Qəbələ"yə AĞIR CƏZALAR
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Belə ki, fevralın 28-də Premyer Liqanın XX turunun "Qarabağ" - "İnter" matçının 86-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
AVRO-2024 Türkiyədə keçirilə bilər
Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib.
Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2005 – 2006-cı il təvəllüdlü 12 yaşadək qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən qaliblər mükafatlandırılıb. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunub.
Premyer Liqa: XXI turun oyun cədvəli
Premyer Liqada XXI turun oyun cədvəli açıqlanıb. Turun görüşləri iki günü əhatə edəcək.
Çempionlar Liqasının ən yaxşıları - Məmmədova ikinci oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - "Telekom"la "Azərreyl"in oyunçuları da var.
Əliyar Ağayev: "Qurbanov da aşkar şəkildə ona şillə vurdu"
Sərbəst güləşçilərimiz Yakutiyada mübarizə aparacaq
Martın 4-5-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq.
Qvardiola "Monako"nun 4 futbolçusunu almaq istəyir
"Mançester Siti" "Monako"nun 4 futbolçusunu heyətinə qatmaq istəyir. Komandanın baş məşqçisi Pep Qvardiola "Monako"dan Kilian Mbappe, Fabinyo, Benjamin Mendi və Tomas Lemarı istəyib.
"Milyon faiz yanlış idi" - Şillələnib qırmızı kart alan futbolçu
"Qәbәlә"nin futbolçusu Nika Kvekveskiri "Kәpәz"lə oyunda yaşanan gərginliklə bağlı danışıb. O, rəqib komandanın futbolçusu Nicat Qurbanovun ona şillə vurması və hakim Әliyar Ağayevin hər ikisinə qırmızı vәrәqә göstərməsinə etiraz edib: "Mәni verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi. Hakim niyә mәni meydandan qovdu bilmirәm.
Qazaxıstan millisində yeni baş məşqçi
Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub. Komandanın sükanı arxasına Aleksandr Borodyuk keçib. Onunla 3 illik müqavilə imzalanıb. 54 yaşlı çalışdırıcı Rusiya millisində müxtəlif illərdə köməkçi məşqçi kimi çalışıb. Borodyukun son iş yeri Qazaxıstanın "Kayrat" klubu olub.
Ranyeri aldığı təzminatın yarısını xeyriyyə fonduna bağışladı
İngiltərənin "Lester" futbol klubunun sabiq baş məşqçisi Klaudio Ranyeri müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün əldə etdiyi təzminatın yarısını "Foxes Foundation Charity" xeyriyyə fonduna bağışlayıb.
Babək Huseyinli: “Bu günə qədər Elnar İbrahimov və onun məşqçisi bir dəfə də olsun ermənilərə məğlub olmayıblar”
“Qarabağ” İdman kulubunun direktoru Babək Hüseyinli Moskvada Ximki rayonunda "Fight Nights Globala MMA" qaydasız döyüş üzrə keçirilən turnirdə Azərbaycana qarşı təxribata yol verilməsi ilə bağlı məsələyə münasibət bildirib .
Rəhim Əliyev: “Bu il Bakı Şəhər Halqasında sürət daha da artacaq”
“Formula 1 yarışlarında hər il mövsüm testlərlə başlayır. Çünki hər ilə yeni bolid hazırlanır və onların "uşaq xəstəlikləri" testlərdə müəyyən olunaraq aradan qaldırılır. Builki testlər isə dünəndən Barselona şəhəri yaxınlığındakı Kataloniya trasında başlayıb. Testlər 4 gün davam etdikdən sonra 4 günlük fasilə olacaq. Sonra yenidən 4 günlük testlər başlayacaq”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş reaktoru Rəhim Əliyev deyib.
ADU-nun çempion tələbəsi
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) dünyanın müxtəlif ölkələrindən olan tələbələr ali təhsil alır. Təhsil almaq üçün ADU-ya üz tutan tələbələrin arasında Özbəkistan vətəndaşı olan Nargiza Jakbarova da var.
“Bakcell”in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral 2017-ci il tarixləri arasında Mançesterə səfər ediblər.














