İdman
"İki penaltimiz verilməsə belə, bəraət axtarmırıq"
PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Paris klubu evdə 4:0 məğlub etdiyi "Barselona"ya səfərdə 1:6 hesabıyla uduzub.
Rocers və komandası "Liverpul"u 15.7 milyon ziyana salıb
"Liverpul" 2015-ci ildə Brendan Rocersi baş məşqçi postundan istefaya göndərmişdi. Həmin vaxt Rocers və onun köməkçilərinə klub tərəfindən ödənilən təzminat 15.7 milyon funt olub. "Liverpul" şimali irlandiyalı mütəxəsislə yanaşı, Şon O`Driksoll, Qari Makallister, Qlen Driksoll və Kris Devisə də qapını göstərmişdi. "Qırmızılar"ın 2015/!6 mövsümündə maliyyə hesabatına görə itkilər 19.8 milyon funt təşkil edib.
Ronaldinyo ilə “Qəbələ” Dubayda müqavilə bağlayacaq
Ötən ilin oktyabrında paytaxtımızın qonağı olan Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var. Brazilyalı ulduzla müqavilənin nə vaxt bağlanacağı bəlli olub.
La Liqa klubunda baş məşqçi dəyişikliyi
"Malaga"da məşqçi dəyişikliyi reallaşıb. Marselo Romeronu istefaya göndərən klub rəhbərliyi Miqel Miçellə razılığa gəlib. Qarşıdakı günlərdə Miçelin rəsmi təqdimatı keçiriləcək. Marselo Romeronun istefası "Malaga"nın qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır. O, 2016-cı il 28 dekabrda Xuande Ramosun əvəzinə baş məşqçi postuna gətirilmişdi. Romeronun rəhbərliyi altında 10 oyun keçirən komanda 7 məğlubiyyət almışdı. Miçelin son iş yeri isə "Olympiacos" olub.
Niklas Bendtner Norveç klubunda
"Arsenal"ın eks hücumçusu Niklas Bendtner karyerasını "Rosenborq"da davam etdirəcək. 29 yaşlı forvard Norveç klubuna "Nottinqhem Forest"dən keçib. Müqavilənin detalları açıqlanmır. Bu mövsüm "Nottinqham"in heyətində 15 oyuna çıxan danimarkalı futbolçu 2 qol vurub. Onun yeni klubu "Rosenborq" son Norveç çempionudur.
Güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində yarışacaq
Martın 10-12-i tarixlərində Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Güləş Federasiyasından daxil olub.
Beynəlxalq karate turniri keçirləcək
Martın 11-12-i tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-dən daxil oilub. Bildirilib ki, Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq. Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək. 8-ci "Baku Open" beynəlxalq karate turniri federasiyanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
Rüstəm Orucov birincidir
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Aparıcı cüdoçularımızdan Rüstəm Orucov yenə öz çəkisinin ən güclüsüdür. 73 kq çəki dərəcəsində lider olan Olimpiya mükafatçımız 3130 reytinq xalına malikdir. O, ikinci yerdə qərarlaşan yaponiyalı Soiçi Haşimotonu 199 xal qabaqlayır.
Zülfiyyə Hüseynovaya niyə təqaüd verilmir?
Cüdo və sambo üzrə 11 qat dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova ona verilməli olan təqaüdü ala bilməməsindən şikayətlənmişdi. Xanım idmançı bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət etdiyini bildirmişdi.
İdmanın inkişafı hər zaman diqqət mərkəzindədir
“Beynəlxalq müstəvidə Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır. Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Eyni zamanda, idmanımızın beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır”.
Elnur Məmmədov: "Azərbaycanda muay taya yeni nəfəs gətiriləcək"
“K-1-in əsas baza idman növü kimi muay tay hər zaman diqqətimizdədir. Bu idman növü 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Ona görə, Azərbaycan idmançılarının bu növdə dünya səviyyəsində nəticələr göstərmələri vacibdir. Bütün bunları nəzərə alaraq, “Best of the Best” promoşn qrupu Azərbaycan Muay Tay Federasiyasına (AMF) dəstək məqsədilə 9-cu ölkə çempionatının əsas təşkilatçısı oldu”. Bunu SİA-ya açıqlamasında muay tay üzrə 9-cu Azərbaycan çempionatının əsas təşkilatçısı, “Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov deyib.
Millimizə yaxşı tanış olan baş məşqçi "Lester"in diqqət mərkəzində
Klaudio Ranyerinin istefasından sonra "Lester Siti" yeni baş məşqçi axtarışlarını davam etdirir. Bu posta daha bir namizəd tapılıb.
İlham Zəkiyev Milli Paralimpiya Komitəsinin vitse-prezidenti oldu
Milli Paralimpiya Komitəsinin (MPK) bu gün V hesabat-seçki yığıncağı keçirilib. Komitədən verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013-2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.
Aleksandr Povetkin diskvalifikasiya olundu
Dopinq-testdən keçə bilməyən rusiyalı boksçu Aleksandr Povetkin qeyri-müəyyən müddətə yarışlardan kənarlaşdırılıb. Bu barədə Ümumdünya Boks Şurası (WBC) qərar verib. 38 yaşlı idmançı, həmçinin 250 min dollar həcmində cərimə ödəməli olacaq.
Rahil Məmmədov: "Aprel ayında meydanlara qayıdacağam"
Bir müddətdir zədədən əziyyət çəkən “Neftçi”nin gənc müdafiəçisi Rahil Məmmədov hazırkı durumu haqqında açıqlama verib. O, bərpa prosesi keçmək üçün səylə məşq etdiyini bildirib: "Məşqlər proqram üzə davam edir. Əlavə olaraq fiziki məşqçi ilə hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinliyim olmasın. Hər şey qaydasında olsa, aprel ayında meydanlara qayıdacağam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az daha çox işləməliyəm”.














