İdman

Daha bir klub Vidalla maraqlanır

14 Mart 2017 13:03

Qarşısına Çempionlar Liqasının qalibi olmaq vəzifəsini qoyan PSJ ayda heyətə "əl gəzdirəcək". 

Bir neçə futbolçu PSJ-dən getmək istəyir

14 Mart 2017 12:31

PSJ-nin Çempionlar Liqasında mübarizəni dayandırması bir neçə futbolçunun komandanı tərk etməsi ilə müşaiyət oluna bilər.

Azərbaycan birinciliyi keçirilir

14 Mart 2017 11:34

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. AGF-dən “OLAYLAR” -a bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Almaniya Azərbaycanla oyun üçün heyəti bu tarixdə açıqlayacaq

13 Mart 2017 19:00

Futbol üzrə Almaniya milli komandasının heyətinin açıqlanacağı tarix müəyyənləşib. Baş məşqçi Yoahim Löv yığmaya dəvət edəcəyi futbolçuların adlarını martın 17-də bildirəcək.

Güləşçilərimiz Türkiyədən 2 qızıl və 1 gümüş medalla qayıdır 

13 Mart 2017 13:44

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurub.

İkardi "İnter"də 70 illik göstəricini yada saldı

13 Mart 2017 13:35

İtaliya A Seriyasının 28-ci turunda "Atalanta"nı qəbul edən "İnter" 7:1 hesablı qələbə qazanıb. Bu oyunun 26-cı dəqiqəsində Mauro İkardi rəqibin qapısından 3-cü qolunu keçirib. Argentinalı forvard son 70 ildə "nerazzurri"nin ən tez het-trik edən futbolçusu olub. Bu baxımdna rekord 1947-ci il 26 oktyabrda 18 dəqiqə ərzində het-trik edən Benito Lorenziyə məxsusdur. Bu mövsüm 26 oyunda meydana çıxan İkardi 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

"Rəqibimiz zəif komanda deyildi"

10 Mart 2017 17:12

Qətərlə yoldaşlıq görüşündə Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra millimizin üzvləri fikirlərini AFFA-nın saytı ilə bölüşüb. 

Prosineçki hava limanında əsəbiləşdi

10 Mart 2017 14:20

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Qətərlə oyundan qayıtdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanını əsəbi tərk edib. Buna xorvatiyalı mütəxəssisin müsahibə üçün tərcüməçisi Aydın Rüstəmovu uzun müddət gözləməsi səbəb olub. 

Dohada nadir hadisə

10 Mart 2017 13:28

Qətərlə yoxlama oyununda 2:1 hesabı ilə qalib gələn Azərbaycan yığması uğursuz seriyalara son qoyub. Ötən il oktyabrın 8-də evdə Norveçi 1:0 hesabı ilə yenən yığmamız 152 gündən sonra qələbə sevinci yaşayıb. Ardınca Çexiya ilə qolsuz heç-heçə edib, Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan milli, həm də qol həsrətinə son qoyub.

Güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq

10 Mart 2017 13:16

16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq.

Kamran Ağayev: "Azərbaycana gəlmək istəmirəm"

10 Mart 2017 11:59

Artıq iki gündür heyətə dönmüşəm. Özümü yaxşı hiss edirəm. Sadəcə, tam sağalmağıma ehtiyac var. Ümid edirəm ki, növbəti aylarda özümə gələcəm.

"Barselona"ya uduzdu, avtomobillə azarkeşi əzdi

9 Mart 2017 19:37

PSG-nin yarımmüdafiəçisi Tyaqo Motta idarə etdiyi avtomobillə Paris hava limanında azarkeşlərdən birini zədələyib. Hadisə komandanın "Barselona" tərəfindən 6:1 darmadağın olunmasından narazı fanat futbolçularla danışmaq istədiyi vaxt baş verib. Motta avtomobili ilə yolunda olan azarkeşin ayaq nahiyəsini əzib. Azarkeşə tibbi yardım göstərilib.

İraqlı məşqçi: "Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə çox eşitmişik"

9 Mart 2017 18:41

"Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə biz İraqda çox eşitmişdik, ona görə Bakıya gəlməyi qərara aldıq". Bunu İraq milli komandasının baş məşqçisi Mahmud əl-Duleymi deyib.

Neymardan yeni rekord: Həyatımın ən gözəl oyunu idi

9 Mart 2017 13:09

"Barselona"nın hücumçusu Neymar yeni rekord müəyyənləşdirib. Braziliyalı forvard buna Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında nail olub. Belə ki, PSJ ilə dünənki görüşün qəhrəmanı olan "sambaçı" qollarla yanaşı, assist sayını da artırıb. 6:1 hesablı qələbənin memarı olan Neymar cari mövsüm ÇL-də məhsuldar ötürmələrinin sayını 8-ə yüksəldib. Bu isə Avropanın ən nüfuzlu klub turniri tarixində bir ilkdi.

“Barselona”dan ilk, avrokuboklarda 4-cü

9 Mart 2017 12:51

"Barselona" avrokuboklar tarixinə düşüb.  Kataloniya təmsilçisi ilk oyunda 0:4 hesabı ilə uduzub, sonda mərhələ keçən ilk komanda kimi tarixə düşüb. Luis Enrikenin yetirmələri PSJ ilə cavab oyununda 6:1 hesabı ilə qalib gəlib. Bununla da İspaniya təmsilçisi Fransadakı 0:4 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Bu, avrokuboklar tarixində 4 top fərqinin aradan qaldırıldığı 4-cü cüt olub. Lakin digər üç komanda "Barselona" kimi 0:4 deyil, qollu darmadağınlardan sonra geri dönüş edib.