DÇ-2018: Azərbaycan millisi Almaniyaya uduzdu

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib.

C qrupunda V tur matçında rəqib Almaniya yığması olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisindən yeganə qolu 31-ci dəqiqədə Əfran İsmayılovun ötürməsindən sonra Dmitri Nazarov vurub. Almaniya yığmasının heyətində isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.

Bununla da xallarını 15-ə çatdıran Bundestim qrupda itkisiz liderliyini davam etdirib. 7 xala malik Azərbaycan yığması isə 4-cü pilləyə enib. Buna qrupun paralel keçən görüşündə Çexiyanın səfərdə San-Marinonu 6:0 hesabı ilə darmadağın edərək, xallarını 8-ə çatdırması və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirməsi səbəb olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

C qrupu

26 mart

20:00 Azərbaycan - Almaniya - 1:4

Qollar: Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31