İdman
İdmanın inkişafı hər zaman diqqət mərkəzindədir
“Beynəlxalq müstəvidə Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır. Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Eyni zamanda, idmanımızın beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır”.
Elnur Məmmədov: "Azərbaycanda muay taya yeni nəfəs gətiriləcək"
“K-1-in əsas baza idman növü kimi muay tay hər zaman diqqətimizdədir. Bu idman növü 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Ona görə, Azərbaycan idmançılarının bu növdə dünya səviyyəsində nəticələr göstərmələri vacibdir. Bütün bunları nəzərə alaraq, “Best of the Best” promoşn qrupu Azərbaycan Muay Tay Federasiyasına (AMF) dəstək məqsədilə 9-cu ölkə çempionatının əsas təşkilatçısı oldu”. Bunu SİA-ya açıqlamasında muay tay üzrə 9-cu Azərbaycan çempionatının əsas təşkilatçısı, “Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov deyib.
Millimizə yaxşı tanış olan baş məşqçi "Lester"in diqqət mərkəzində
Klaudio Ranyerinin istefasından sonra "Lester Siti" yeni baş məşqçi axtarışlarını davam etdirir. Bu posta daha bir namizəd tapılıb.
İlham Zəkiyev Milli Paralimpiya Komitəsinin vitse-prezidenti oldu
Milli Paralimpiya Komitəsinin (MPK) bu gün V hesabat-seçki yığıncağı keçirilib. Komitədən verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013-2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.
Aleksandr Povetkin diskvalifikasiya olundu
Dopinq-testdən keçə bilməyən rusiyalı boksçu Aleksandr Povetkin qeyri-müəyyən müddətə yarışlardan kənarlaşdırılıb. Bu barədə Ümumdünya Boks Şurası (WBC) qərar verib. 38 yaşlı idmançı, həmçinin 250 min dollar həcmində cərimə ödəməli olacaq.
Rahil Məmmədov: "Aprel ayında meydanlara qayıdacağam"
Bir müddətdir zədədən əziyyət çəkən “Neftçi”nin gənc müdafiəçisi Rahil Məmmədov hazırkı durumu haqqında açıqlama verib. O, bərpa prosesi keçmək üçün səylə məşq etdiyini bildirib: "Məşqlər proqram üzə davam edir. Əlavə olaraq fiziki məşqçi ilə hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinliyim olmasın. Hər şey qaydasında olsa, aprel ayında meydanlara qayıdacağam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az daha çox işləməliyəm”.
AFFA-dan "Qəbələ"yə AĞIR CƏZALAR
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Belə ki, fevralın 28-də Premyer Liqanın XX turunun "Qarabağ" - "İnter" matçının 86-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
AVRO-2024 Türkiyədə keçirilə bilər
Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib.
Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2005 – 2006-cı il təvəllüdlü 12 yaşadək qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən qaliblər mükafatlandırılıb. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunub.
Premyer Liqa: XXI turun oyun cədvəli
Premyer Liqada XXI turun oyun cədvəli açıqlanıb. Turun görüşləri iki günü əhatə edəcək.
Çempionlar Liqasının ən yaxşıları - Məmmədova ikinci oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - "Telekom"la "Azərreyl"in oyunçuları da var.
Əliyar Ağayev: "Qurbanov da aşkar şəkildə ona şillə vurdu"
Sərbəst güləşçilərimiz Yakutiyada mübarizə aparacaq
Martın 4-5-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq.
Qvardiola "Monako"nun 4 futbolçusunu almaq istəyir
"Mançester Siti" "Monako"nun 4 futbolçusunu heyətinə qatmaq istəyir. Komandanın baş məşqçisi Pep Qvardiola "Monako"dan Kilian Mbappe, Fabinyo, Benjamin Mendi və Tomas Lemarı istəyib.
"Milyon faiz yanlış idi" - Şillələnib qırmızı kart alan futbolçu
"Qәbәlә"nin futbolçusu Nika Kvekveskiri "Kәpәz"lə oyunda yaşanan gərginliklə bağlı danışıb. O, rəqib komandanın futbolçusu Nicat Qurbanovun ona şillə vurması və hakim Әliyar Ağayevin hər ikisinə qırmızı vәrәqә göstərməsinə etiraz edib: "Mәni verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi. Hakim niyә mәni meydandan qovdu bilmirәm.














