İdman

Çinlilərdən Cüneyt Çakıra astronomik transfer TƏKLİFİ

30 Aprel 2018 11:36

Son illərdə futbola ən çox pul xərcləyən ölkələrdən olan Çin məşqçi və futbolçulardan sonra hakimləri də transfer etməyə başlayıb. Ölkələrindəki futbolun keyfiyyətini artırmaq üçün bu qərarı qəbul edən çinlilər 2018 Dünya Çempionatında iştirak edəcək hakimlərin arasında seçim ediblər.

Lüis Hemilton: “Bəxtim gətirdi"

29 Aprel 2018 21:13

"Yarışın bu cür yekunlaşacağını təxmin etmirdim. Valtteri Bottas çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi". Bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton deyib. Britaniyalı sürücü bəxtinin gətirdiyini bildirib.

"Sevilya"da yeni baş məşqçi

28 Aprel 2018 23:22

Fettel: "Bizi Bakıda gərgin yarış gözləyir"

28 Aprel 2018 19:49

“Sıralama turunun ilk iki sessiyasında başa düşdüm ki, maşının vəziyyəti yaxşıdır və ona güvənmək olar”. Bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda birinci olan “Ferrari” komandasının pilotu Sebastyan Fettel deyib. Almaniyalı pilot bildirib ki, yarış günü hər şey baş verə bilər:

Formula 2 qalibi: "Bakı məni..."

28 Aprel 2018 16:49

Bakıda Formula 2-nin birinci yarışının qalib pilotları mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, pilotlar yarış haqqında təəssüratlarını bölüşüb və sabahkı yarış haqqında gözləntilərini açıqlayıblar. Formula 2-nin birinci əsas yarışının qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon yarışa yaxşı hazırlaşdığını diqqətə çatdırıb: “Mən yarışa hazır idim, Bakı məni məyus etmədi və mən finişə birinci çatmağı bacardım. Yarış gərgin keçdi, bəzi anlarda yolda sıxlıq yarandı, o cümlədən yarış zamanı bəzi pilotlar səhvlərə yol verdilər və bu da hərəkətə çətinlik yaratdı”.