İdman

Maradona fikrini dəyişdi, müqaviləsini uzadıb

1 May 2018 11:45

Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I Divizionunda çıxış edən "Əl-Fucayra" komandasının baş məşqçi postundan işini davam etdirəcək.  57 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanılıb. Aprelin 28-də Maradonanın komandanı yüksək liqaya çıxara bilmədiyi üçün istefa verdiyi bildirilirdi. Lakin o, postunda qalaraq, sözləşməsinin müddətini uzadıb. 

Salaha 3 oyunluq cəza

30 Aprel 2018 16:16

Liverpulun parıldayan ulduzu misirli Məhəmməd Salah 3 oyunluq cəzalandırıla bilər.  Salah İngiltərə Futbol Assosiyasiyası tərəfindən cəzalandırılacağı təqdirdə 3 oyunu yəni "Brayton", "Çelsi" və yeni mövsümün ilk oyununu buraxmalı olacaq. 

Zinəddin Zidan: "Onlar bizə lazımdır"

30 Aprel 2018 13:26

Bir müddət əvvəl Qaret Beylin meneceri Beylin gələcəyinin Kral klubunda olduğunu açıqlasa da Uelsli ulduz və fransalı hücumçu Kərim Benzemanın klubdan ayrılacağı ilə bağlı yeni iddialar yaranıb.