"Bavariya" "Real"ın qarşısına ulduzlarsız çıxacaq
30 Aprel 2018 18:49 İdmanÇempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Real"la qarşılaşacaq "Bavariya"nın iştirak ərizəsi müəyyənləşib.
Publika.az xəbər verir ki, baş məşqçi Yupp Haynkes səfərə 21 futbolçu ilə gedəcək.
Siyahıda diqqət çəkən məqam komandanın aparıcı üzvü Aryen Robbenin adının olmamasıdır. Qeyd edək ki, o, "Real"la ilk görüşdə zədələnmişdi. Zədəli oyunçular siyahısına Manuel Noyer, Arturo Vidal, Kinqsli Koman və Cerom Boatenq də daxildir.
"Bavariya"nın "Real" qarşısındakı heyəti:
Sven Ulreyx, Tom Starke, Kristian Früchtl, Sandro Vaqner, Niklas Süle, Mats Hummels, Tiaqo Alkantara, Frank Riberi, Xavi Martines, Robert Levandovski, Ceyms Rodriqes, Rafinya, Xuan Bernat, Lukas Mayi, Meritan Şabani, Sebastyan Rudi, Korentin Tolisso, Tomas Müller, Devid Alaba, Niklas Dorç, Coşua Ximmix.
Görüş sabah "Santyaqo Bernabeu"da, Bakı vaxtilə saat 22:45-də baş tutacaq. Bu görüşün ilk oyunu 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatmışdı.