AFFA bu şirkətlə 80 000 avroluq müqavilə imzaladı
AFFA klubların fərdi şəkildə statistik məlumatlar alması probleminə həll yolu tapıb. Assosiasiya Klublar Komitəsinin müraciətinə əsasən, mərkəzləşdirilmiş sistem şəkildə məlumat ötürən “InStat” şirkəti ilə danışıqlar aparıb.
1 May 2018 14:40 İdmanAFFA klubların fərdi şəkildə statistik məlumatlar alması probleminə həll yolu tapıb. Assosiasiya Klublar Komitəsinin müraciətinə əsasən, mərkəzləşdirilmiş sistem şəkildə məlumat ötürən "InStat" şirkəti ilə danışıqlar aparıb. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Baş katib bildirib ki, tərəflər arasında 2 il müddətinə, 80 000 avroluq müqavilə imzalanıb. Müqaviləyə əsasən, artıq bütün klublara statistik məlumatları bu şirkət göndərəcək. Beləliklə, klubların məlumatlanma üçün ayırdığı xərclərə ehtiyac qalmayacaq. Hesablamalara görə, hər klub statistik məlumatlar üçün ildə təxminən 12-14 min avro arası pul xərcləyir. Bu statistik fitness və skaut sisteminin məlumatlarını əldə etmək üçündür. Sistemə 8 klub və Gənclər Liqasında iştirak edən komandalar və bütün yığmalar daxil edilib.
Sistemin bütün xərcləri AFFA tərəfindən qarşılanacaq. Publika.az