Kloppun köməkçisi "Arsenal"ın baş məşqçisi olacaq?
1 May 2018 15:12 İdmanBir neçə gün öncə "Liverpul"dan ayrılan Yurgen Kloppun köməkçisi Jelko Buvaçla bağlı maraqlı iddia ortaya atılıb.
56 yaşlı mütəxəssisin mövsümün sonunda "Arsenal"dan gedəcəyini açıqlayan Arsen Vengeri əvəzləyəcəyi xəbəri yayılıb. Kloppla 17 illik əməkdaşlığa son qoyan bosniyalı məşqçinin artıq London klubu ilə razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, "Liverpul" isə Kloppla arası dəyən Buvaçın komandadan ayrılmayacağını, sadəcə, şəxsi məsələlərə görə mövsümün sonuna qədər işləməyəcəyini bildirmişdi.
Xatırladaq ki, Y. Kloppun "Liverpul"un baş məşqçisi olacağı xəbərini də 2015-ci ilin oktyabr ayında ilk olaraq məhz Bosniyanın "Provdab1.com" saytı yazmışdı.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31